Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Məcburi köçkünlə Dillər Universiteti arasında QALM...
Məcburi köçkünlə Dillər Universiteti arasında QALMAQAL – 17 ildir yaşadığı yataqxanadan
Mədəniyyət

Məcburi köçkünlə Dillər Universiteti arasında QALMAQAL – 17 ildir yaşadığı yataqxanadan BU SƏBƏBDƏN çıxarılıb

Xpress.az Redaksiyası 24.10.2025 14:10

Cəbrayıldan məcburi köçkün düşmüş, Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyevanın Azərbaycan Dillər Universitetinin yataqxanasındakı otağına sentyabrın 30-dan bəri plomb vurulub.

Xpress.az xəbər verir ki, bu barədə rejissor özü Bizim.Media-ya məlumat verib.

O deyir ki, səhər işə gedib, qayıdanda isə otağın qapısının bağlı, əşyalarının isə içəridə qaldığını görüb: “2009-cu ildən bəri Teatr Xadimləri İttifaqının rəsmi məktubu əsasında Azərbaycan Dillər Universitetinin orderiylə o yataqxanada məskunlaşmışam. Əşyalarım, geyimlərim, qızıllarım, şəkər aparatıma qədər otaqda qalıb. Ən azından mənə məlumat versəydilər, lazımi dərmanlarımı, şəkər aparatımı götürərdim. Universitetin rəhbərliyindən mənə bildirdilər ki, Elm və Təhsil Nazirliyi (ETN) göstəriş verib ki, kənar şəxslər yataqxanadan çıxarılsın. ETN- isə açıqlama verdi ki, bizim bu məsələdən xəbərimiz yoxdur. Rektor Kamal Abdullayev isə deyir ki, tələbələr üzə durur. Mən onların işçisi deyiləm.Yaşadığım otaqda bir neçə tələbə qala bilər.  Ancaq ADU-nun yataqxanasında heç 25 tələbə yoxdur. Çünki şərait yoxdur, su saatla gəlir. Tələbəyə duş qəbul etməyə su belə çatmır”.

Gülnar Hacıyeva iddia edir ki, yataqxanadan çıxarılmasına səbəb komendantın ondan universitet rəhbərliyinə şikayət etməsidir: “Milli Dram Teatrının aktrisası Şəhla İsmayılova yataqxananın komendantı ilə mübahisə edib. İkisinin arasındakı mübahisədə heç mən olmamışam. Komendant universitet rəhbərliyinə Şəhla İsmayılovayla birlikdə məni də şikayət edib. Mənim qeydiyyatım ora olmasa belə, məcburi köçkünəm. Orderlə orada yaşayırdım. Universitet mənə o orderi və 2009-cu ildən bəri yaşadığımla bağlı arayışı vermir ki, mən onu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə  təqdim edim.  Deyirlər ki, guya orada qanunsuz yaşayıram. Mən orderi universitetə özüm vermişəm. 3 il bundan əvvələ qədər ayda 20 manat ödəniş edirdim. Sonra pulun əvvəlki komendantın cibinə getdiyini görəndə daha vermədim”.

Gülnar Hacıyeva bildirir ki, 2020-ci ildən sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Cəbrayıla köçlə bağlı rəsmi müraciət etməyib.

“Əlbəttə Cəbrayıla qayıtmaq istəyirəm. O vaxt Komitədən bizimlə danışdılar, köçmək istəyib-istəmədiyimizi  maraqlandılar, çən də istəyimi bildirdim. Bizə deyilib ki, mərhələli şəkildə köçəcəksiniz”, - deyə Gülnar Hacıyeva qeyd edib.

Məsələylə bağlı Azərbaycan Dillər Universitetinə müraciət etdik.  

Universitetin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Cavid Zeynallı bildirib ki, Gülnar Hacıyeva ADU-nun yataqxanasında qeydiyyatda deyil. 

“Azərbaycan Dillər Universitetinin iki tələbə yataqxanasında 200-ə yaxın məcburi köçkün ailəsi yaşayır. Onlar qeydiyyatdadırlar, hər hansı ailə ilə bağlı narahatlıq yoxdur. Gülnar Hacıyeva qaçqın kimi ADU-nun yataqxanasında qeydiyyatda deyil. 17 ilə yaxındır həmin yataqxanada yaşayır və indiyədək hər hansı problemlə üzləşməyib.

İndi tələbə yataqxanaları ilə bağlı tələb ondan ibarətdir ki, rəsmi şəkildə qeydiyyatı olmayan, yəni Qaçqın və Məcburi Köçünlərin işləri üzrə Dövlət Komitəsinin müvafiq ünvanı üzrə qeydiyyatı olmayan şəxslərə həmin ünvanı tərk etməklə bağlı xəbərdarlıq olunub. Buna baxmayaraq, vətəndaş tələbələrə məxsus yataqxananı tərk etmək istəmir. Xahiş edirik ki, vətəndaş xəbərdarlığı nəzərə alsın. Təəssüf ki, vətəndaşı yataqxanada otaqla təmin etmək bundan sonra imkan xaricindədir”, - deyə Cavid Zeynallı bildirib.

Qeyd edək ki, Gülnar Hacıyevanın sözlərinə görə, bu gün universitetdən xahiş edilib ki, gəlib, otaqdan əşyalarını toplasın. Əks halda akt tərtib edilərək ona məxsus əşyalar yataqxananın anbarına yığılacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək