Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Bakı Uşaq və Gənclər Teatrından Zəfər gününə ÖZƏL...
Bakı Uşaq və Gənclər Teatrından Zəfər gününə ÖZƏL layihə -
Mədəniyyət

Bakı Uşaq və Gənclər Teatrından Zəfər gününə ÖZƏL layihə - bu dəfə Füzulidə+FOTO

Xpress.az Redaksiyası 08.11.2025 09:44

Xpress.az xəbər verir ki, qələbəmizin 5 illiyinə həsr olunmuş “Addım-addım Vətəndə” layihəsi çərçivəsində  Bakı Uşaq və Gənclər Teatrı ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, “açıq qapı” prinsipi ilə birgə tamaşa və tədbirlər keçirir. Sözügedən layihənin üçüncü səfəri 7 noyabrda Füzuli Dövlət Dram Teatrı  ilə birgə Horadiz şəhərində həyata keçirilib.

Tədbirin aparıcıları Füzuli Dövlət Dram Teatrının aktrisası Püstə Əhmədova, Bakı Uşaq və Gənclər Teatrının aktyoru Mehman Piriyev tamaşaçıları salamladıqdan sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğullarımız bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səslənib. Daha sonra hər iki teatrın yaranma tarixi, repertuarı, iştirak etdiyi beynəlxalq və daxili festivallar haqqında məlumat verilib. Hər iki teatrın rəhbərlərini-Azərbaycan Respublikasının Əməkdar artisti, rejissor, aktyor İntiqam Soltanı və Azər Abbasovu səhnəyə dəvət ediblər. Azər Abbasov Bakı Uşaq və Gənclər Teatrının kollektivini salamlayaraq, bu layihənin əhəmiyyətini xüsusi vurğulayaraq uğurlar arzulayıb. 

Proqramda Füzuli Dövlət Dram Teatrının aktyorları İntizar Quliyeva və  Zamin Quliyevin ifasında Qarabağa həsr olunmuş kompozisiya nümayiş olunub.

Kompozisiyanın rejissoru FDDT baş rejissoru, prezident mükafatçısı Mirzə Nicatdır. Daha sonra Bakı Uşaq və Gənclər Teatrının repertuarında xüsusi yer tutan "Vətən" tamaşası aktyorlar - Niyaz İlyasoğlu, Rauf Hüseynli, Qurban Əhmədovun ifasında nümayiş olunub. Tamaşanın rejissoru respublikanın əməkdar artisti İntiqam Soltandır.
Tədbirin sonunda Bakı Uşaq və Gənclər Teatrının direktoru, bədii rəhbəri, layihənin rəhbəri İntiqam Soltan Füzuli Dövlət Dram Teatrına Bakı Uşaq və Gənclər Teatrının 
“ADDIM-ADDIM VƏTƏNDƏ” layihəsinə verdiyi dəstəyə görə təşəkkürnamə təqdim edib. Füzuli Dövlət Dram Teatrının direktor əvəzedicisi Azər Abbasov isə Bakı Uşaq və Gənclər teatrına Fəxri Fərman təqdim edib.

Layihə bundan əvvəl Lənkəranda Lənkəran Dövlət Dram Teatrı ilə, Qusarda Qusar Dövlət Ləzgi Dram Teatrı ilə birgə həyata keçirilib. Layihəyə teatr ilinin sonunda Bakı şəhərində bölgə teatrlarının iştirakı ilə  festivalla yekun vurulması planlaşdırılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək