Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Bir cüt corabın
Bir cüt corabın
Mədəniyyət

Bir cüt corabın HEKAYƏSİ

Xpress.az Redaksiyası 11.11.2025 18:17

Ötən gün gecə saatlarına yaxın 24:00-da Şamaxinka ərazisindən keçirdim. Hava soyuq idi, küçə bir az səssiz, bir az da yorğun. Dönərxananın qarşısında yaşlı bir qadın gördüm. Əlində bir ovuc corab tutmuşdu. Addımlarımı yavaşladıb yaxınlaşdım, qiymətini soruşdum. Üzümə baxmadan, sakitcə dedi:
— Bir manat.

Üç corab götürüb pulunu verdim. Sonra soruşdum:
— Acsınız?

Qadın başını yavaşca yellədi:
— Acam, bala… amma burada yemirəm, evə aparıram.

O anda hiss etdim ki, “ev” dediyi yerdə tək deyil. Dönərxanaya girib iki dönər sifariş etdim — biri onun üçün, biri evdəkilər üçün. Dönərlər hazırlanarkən qadına yaxınlaşıb soruşdum:
— Nə qədər corabınız qalıb?

— On altı, — dedi.

Hamısını əlimə alıb dönərxanaya girdim. İstədim ki, bir azını satım, qadının da könlü açılsın. İlk masaya yaxınlaşdım, amma müştəri almaq istəmədi. İkinci masadan iki cütünü aldılar.   Üçüncü masaya çatmamış dönərçi məni haqlı olaraq dayandırdı, “bura ticarət yeri deyil” dedi.

Bir azdan obyektin sahibi yaxınlaşdı. Ona vəziyyəti izah etdim. Dinlədi, başını tərpətdi və qalan corabların hamısını aldı.

Dönərləri və corab pullarını qadına uzadanda, sakit səslə soruşdum:
— Ana, başqa nə lazımdır sizə?

— Çörək… — dedi.

Marketə girib bir çörək aldım. Qayıdanda qadın asta səslə əlavə etdi:
— Qənd də istərdim…

O an düşündüm: bəzən bir parça çörək, bir cüt corab, bir az da diqqət  kiminsə həyatında möcüzə yarada bilər.

Elşad Heydərov

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək