Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Aqil Abbasdan İRAD: "Kanallarımız daha çox dava-da...
Aqil Abbasdan İRAD: "Kanallarımız daha çox dava-dalaş xarakterli verilişlər yayımlayır”
Mədəniyyət

Aqil Abbasdan İRAD: "Kanallarımız daha çox dava-dalaş xarakterli verilişlər yayımlayır” -MÜSAHİBƏ

Xpress.az Redaksiyası 12.11.2025 12:07

Azərbaycan mədəniyyəti son illərdə həm ölkə daxilində, həm də xaricdə uğurla təbliğ olunur. İşğaldan azad olunmuş ərazilərdə keçirilən tədbirlər, muğam sənətinin qorunması və gənclər üçün yaradılan şərait bu sahədə atılan əhəmiyyətli addımlardır. Yazıçı, deputat Aqil Abbasla söhbətimizdə mədəniyyətin inkişafı, televiziya proqramlarının durumu və sosial şəbəkələrdəki çağırışlar barədə danışdıq.

– Aqil müəllim,İşğaldan azad olunmuş ərazilərdə mədəniyyət sahəsində hansı tədbirlər keçirilir?
-Orada müxtəlif tədbirlər və sammitlər təşkil olunur. Xüsusilə muğam sənəti uzun müddət tənəzzül yaşamışdı, lakin Heydər Əliyev Fondunun dəstəyi sayəsində muğam öz yerini qoruyub. Gənclər üçün yaradıcılıq sahəsində şərait yaradılıb və bu istiqamətdə böyük işlər görülür.

–Bəs  Televiziya sahəsində vəziyyət necədir?
-Bəzi tədbirlər reytinq qazanmır, amma diqqətə layiqdir. Təəssüf ki, televiziya kanalları daha çox dava-dalaş xarakterli verilişlər yayımlayır. Bu, qurumların fəaliyyətini davam etdirməsi və tamaşaçı cəlb etmək ehtiyacı ilə bağlıdır.

– Mədəniyyət sahəsində görülən işlər barədə nə deyə bilərsiniz?
Mədəniyyət sahəsində işlər davam edir. Laçında xalçaçılıqdan tutmuş müxtəlif yaradıcılıq sahələrinə qədər tədbirlər keçirilir, filmlər çəkilir və Azərbaycan mədəniyyəti dünyanın müxtəlif yerlərində təbliğ olunur. Zəfər Günü ilə bağlı tədbirlər də bunun bariz nümunəsidir.

– Sosial şəbəkələrdə mədəniyyətlə bağlı yayılan materiallar barədə fikriniz nədir?
Sosial şəbəkələrdə bəzi şəxslər Azərbaycan mədəniyyətini düzgün təqdim etmirlər, bəzən isə qeyri-etik məzmun paylaşılıb. Demokratik ölkə olduğumuz üçün sosial şəbəkələri bağlamaq mümkün deyil. Senzura tətbiq etmək olmaz, bəzi cəzalar mümkündür, amma ümumilikdə problemi tam aradan qaldırmaq mümkün deyil.

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək