Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Əməkdar artist
Əməkdar artist
Hadisə

Əməkdar artist VƏFAT ETDİ

Xpress.az Redaksiyası 15.11.2025 18:15

Mingəçevir Dövlət Dram Teatrının aktyoru Akif Mirabov 78 yaşında vəfat edib.

O bu gün günorta saatlarında vəfat edib.

Əməkdar artist sabah Mingəçevir şəhər qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Akif Mirabov Milli Qəhrəman Rəşad Mirabovun atasıdır.

Xatırladaq ki, Akif Əhməd oğlu Mirabov 1947-ci ildə Mingəçevir şəhər Xanabad kəndində doğulub. 1965-ci ildə Xalq teatrında, 1968-ci ildən isə Mingəçevir Dövlət Dram teatrında aktyor kimi işə başlayıb. O, 1968-ci ildən 2017-ci ilədək teatrda aktyor işləyib. 2000-ci ildə Respublikanın Əməkdar artisti, 2013-cü ildə “Tərəqqi” medalı, 2019-cu ildə Prezidentin Fəxri diplomu ilə təltif olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək