Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Sağlamlıq 17 əczaçının qanunsuz fəaliyyəti İFŞA OLDU – Hansı...
17 əczaçının qanunsuz fəaliyyəti İFŞA OLDU – Hansı nöqsanlar
Sağlamlıq

17 əczaçının qanunsuz fəaliyyəti İFŞA OLDU – Hansı nöqsanlar AŞKARLANDI?

Xpress.az Redaksiyası 21.09.2026 15:43

Bu il 17 əczaçının qanunsuz şəkildə fəaliyyət göstərdiyi müəyyən edilib.

Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq məlumat verilib.
 Məlumatda cari ildə nöqsanların aşkar olunduğu apteklərin sayı da açıqlanıb:

“2026-cı il ərzində aparılan yoxlamalar zamanı 17 aptek müəssisəsində ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması faktı aşkar edilib. Aşkarlanmış nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi üzrə müvafiq protokollar tərtib olunmuş və qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülüb.

Hər bir müəssisə üzrə 1 şəxslə bağlı olduğu nəzərə alınmaqla, ümumilikdə 17 nəfərin ali və ya orta ixtisas tibb təhsili olmadan və ya qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmadan (və ya qüvvədə olmayan şəhadətnamə ilə) praktik əczaçılıq fəaliyyətinə buraxıldığı müəyyən edilib”.

Qurumun açıqlamasında vurğulanıb ki, tərtib olunmuş protokollar yalnız əczaçılıq fəaliyyəti üzrə mövcud ali və ya orta ixtisas tibb təhsili və qüvvədə olan sertifikasiyası olmayan şəxslərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına görə tətbiq edilir.
 

“Belə hallara qarşı qətiyyətlə mübarizə aparılması əhalinin keyfiyyətli və təhlükəsiz dərman təminatının təmin olunmasına, eləcə də qanunvericiliyin tələblərinə riayət edilməsinə xidmət edir”.


Hazırda apteklərdə fəaliyyət göstərən əczaçıların lisenziyasının yoxlanması necə həyata keçirilir?

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi bu məsələyə də aydınlıq gətirib:

“Biz mütəmadi olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ölkə ərazisində fəaliyyət göstərən aptek təşkilatlarında qanunvericiliyin tələblərinə ciddi riayət etməklə mütəmadi olaraq plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar aparırıq.

Aparılan yoxlamalar zamanı Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” Qanununun 5.2-ci maddəsinə əsasən apteklərdə fəaliyyət göstərən əczaçıların ali və ya orta ixtisas tibb təhsilinə, habelə qanunda nəzərdə tutulmuş əczaçılıq fəaliyyəti ilə bağlı müvafiq sertifikasiyaya malik olub-olmaması yoxlanılır. Bu yoxlamalar vətəndaşların sağlamlığının qorunması və dərman təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək