Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm "Cloudflare"dəki nasazlıq “X” və “ChatGPT”ni də vu...
"Cloudflare"dəki nasazlıq “X” və “ChatGPT”ni də vurdu
Gündəm

"Cloudflare"dəki nasazlıq “X” və “ChatGPT”ni də vurdu

Xpress.az Redaksiyası 18.11.2025 22:02

“Cloudflare” qlobal servisin işindəki nasazlıq “X” və “ChatGPT”nin də işini sıradan çıxarıb.

Cloudflare” operatorunun özündən verilən məlumata görə, texniki nasazlıq bir sıra iri şirkətlərin, çox sayda saytların işini ləngidib.

“Mövcud problemlə bağlı məlumatlıyıq. Araşdırma aparırıq”, – deyə şirkətdən bildirilib.

Nasazlıq qeydə alınandan bir neçə dəqiqə sonra şirkət problemin qismən aradan qaldırılması barədə açıqlama verib, lakin mümkün yanlışlıqlar barədə xəbərdarlıq edib.

Qeyd edək ki, “Cloudflare” dünya üzrə saytların 20 faizinə xidmət göstərir. Bu gün baş verən nasazlıq səbəbilə Azərbaycanda da bir sıra saytlara giriş bir neçə saatlıq mümkün olmayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək