Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Hansı dövlət qurumları ləğv olunacaq? -
Hansı dövlət qurumları ləğv olunacaq? -
Gündəm

Hansı dövlət qurumları ləğv olunacaq? - Plan hazırlandı

Xpress.az Redaksiyası 20.11.2025 12:44

Azərbaycanda yaxın vaxtlarda dövlət idarəçiliyində genişmiqyaslı struktur islahatları və optimallaşdırma tədbirləri həyata keçiriləcək.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, artıq bu istiqamətdə hazırlanmış təkliflər planı Nazirlər Kabinetinə təqdim olunub. Təkliflərin yaxın müddətdə hökumət tərəfindən təsdiqlənəcəyi gözlənilir.

İslahatlar çərçivəsində bəzi dövlət qurumlarının ləğv edilməsi, nazirliklərdə funksional baxımdan bir-birini təkrarlayan idarə və şöbələrin, eləcə də bəzi agentliklərin birləşdirilməsi planlaşdırılır.

Dəyişikliklərin əsasən Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və bu agentliyin tabeliyində olan qurumları, həmçinin digər dövlət təşkilatlarını əhatə edəcəyi bildirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək