Hadisə
Şair Arif Buzovnalı vəfat edib
Xpress.az Redaksiyası
22.11.2025 10:28
Qəzəlxan şair Arif Buzovnalı (Əliyev Arif) vəfat edib.
Xpress.az xəbər verir ki, bu barədə şairin yaxınları məlumat verib.
Qeyd edək ki, Arif Buzovnalı 6 sentyabr 1972-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub.
O, Bakıda və Abşeronda fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən "Füzuli" və "Məcməüş-şüəra" məclislərinin üzvü olub.
2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri idi.