Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Ramiz Mehdiyevin səhhəti pisləşib
Ramiz Mehdiyevin səhhəti pisləşib
Gündəm

Ramiz Mehdiyevin səhhəti pisləşib

Xpress.az Redaksiyası 22.11.2025 17:11

Hazırda ev dustaqlığında saxlanılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ötən gecə səhhəti pisləşib və təcili tibbi yardım çağırılıb.

Xpress.az Gununsesi.info-ya istinadla xəbər verir ki, dövlətin Təcili Tibbi Yardım Xidmətinə etibar etməyən Ramiz Mehdiyevin ailəsi özəl klinikaların birindən həkim briqadası çağırıb.

İlkin tibbi yardım göstəriləndən sonra Mehdiyevin səhhəti qaydasına düşüb.

Bildirilib ki, Ramiz Mehdiyev tənəffüs yollarındakı problemlərdən əziyyət çəkir.

Qeyd edək ki, R. Mehdiyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunub. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. R.Mehdiyev dövlət çevrilişinə cəhddə ittiham olunur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək