Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Ötən il evi yanan ailənin yenə mənzili
Ötən il evi yanan ailənin yenə mənzili
Hadisə

Ötən il evi yanan ailənin yenə mənzili YANDI

Xpress.az Redaksiyası 24.11.2025 21:15

Zaqatala rayonunda yaşayış binasında yanğın baş verib.

Hadisə rayonun Qazangül qəsəbəsində, 5 ailənin yaşadığı, ümumi sahəsi 280 kvadratmetr olan birmərtəbəli binada qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.

Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 140 kvadratmetr sahədə zədələnib. Həmçinin bina sakini, Xuraman Qocayevaya məxsus, ümumi sahəsi 130 kvadratmetr olan dördotaqlı evin mətbəxinin yanar konstruksiyaları və tavanı 12 kvadratmetr sahədə yanıb.

Qadının sözlərinə görə, 2024-cü ilin yay aylarında da rayonun Aşağı Çardaqlar kəndində ailəsinə məxsus fərdi yaşayış evi bilinməyən səbəbdən yanıb. Bu binada isə evi təzəlikcə alıblar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək