Hadisə
Bakıda ana 3 günlük körpəsini dənizə ataraq öldürüb
Xpress.az Redaksiyası
25.11.2025 11:37
Bakıda ana yeni doğulmuş körpəsini öldürüb.
Hadisə Xəzər rayonunda baş verib.
Noyabrın 11-i Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Pərvanə Eyvazova 3 günlük oğlan uşağını Türkan qəsəbəsinin ərazisində dənizə ataraq öldürüb.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə P.Eyvazova tutulub.
Meyitin tapılması istiqamətində tədbirlər görülür.
Araşdırma aparılır.