Qadın dövlət məmuruna zorakılıq törətdi
Volqoqrad vilayətində qadın dövlət məmuruna qarşı zorakılıq törətməkdə ittiham olunan yeniyetməyə hökm oxunub.
Volqoqrad vilayətində qadın dövlət məmuruna qarşı seksual xarakterli zorakılıq tətbiq etməkdə ittiham olunan yeniyetmə barədə məhkəmə qərarı çıxarılıb.
Xpress. az xəbər verir ki, bu barədə v1.ru məlumat yayıb.
Hadisə barədə ilk məlumat ötən il İlovlya kəndində üzə çıxıb. Yerli sakinlərin sözlərinə görə, bir qrup məmur qeyri-rəsmi toplantı təşkil edib və həmin tədbirdə yeniyetmə Şaxta baba obrazını canlandırmaq üçün dəvət olunub.
Məlumata görə, iştirakçılardan biri — 23 yaşlı qadın məmur — sərxoş vəziyyətdə olub. Onu yeniyetmə və digər bir qadın müşayiət edərək evinə gətiriblər. Hadisədən sonra qadın hüquq-mühafizə orqanlarına müraciət edib.
KİV yazır ki, yerli administrasiya rəsmi şəkildə korporativ tədbirlərin keçirilməsinə qadağa qoysa da, görüş buna baxmayaraq baş tutub.
İstintaqın məlumatına əsasən, yeniyetmə qadının vəziyyətindən sui-istifadə edərək ona qarşı zorakılıq törədib.
Məhkəmə prosesi bağlı qapılar arxasında keçirilib. Hökmə əsasən, azyaşlı 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və cəzasını xüsusi müəssisədə çəkəcək.
Xatırladaq ki, bundan əvvəl müəllimin məktəbli qıza qarşı zorakılıq göstərməsi ilə bağlı digər bir cinayət işi də gündəmə gəlmişdi.