Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm On il işləmədən maaş alan məmur məhkum
On il işləmədən maaş alan məmur məhkum
Gündəm

On il işləmədən maaş alan məmur məhkum EDİLDİ

Xpress.az Redaksiyası 28.11.2025 09:11

Küveytin Kassasiya Məhkəməsi on il ərzində faktiki olaraq işə çıxmadan dövlət büdcəsindən maaş alan məmuru məhkum edib.

Xpress.az xəbər verir ki, “Əl Qabas” qəzetinin iş materiallarına istinadən verdiyi məlumata görə, ali məhkəmə aşağı instansiya məhkəmələrinin daha əvvəl çıxardığı bəraət qərarlarını ləğv edərək həmin şəxsi 5 il müddətinə azadlıqdan məhrum edib.

İstintaq müəyyən edib ki, dövlət xidmətləri departamentində vəzifə tutan bu şəxs işinə xitam verildikdən sonra belə 10 il boyunca qanunsuz olaraq əmək haqqı almağa davam edib. Ödənişlərin hər hansı qanuni əsas olmadan həyata keçirildiyi sübuta yetirilib və bu fakt dövlət vəsaitlərinin mənimsənilməsi və qanunsuz varlanma maddəsi ilə cinayət işinin açılmasına səbəb olub.

Məhkəmənin hökmünə əsasən, məhkum:

104 min Küveyt dinarı (təxminən 339 min ABŞ dolları) məbləğində dövlətə dəymiş ziyanı tam ödəməli,

qanunsuz əldə etdiyi məbləğin iki qatı həcmində cərimə ödəməli,

və dövlət qulluğundan kənarlaşdırılmalıdır.

Hökmdə vurğulanır ki, təqdim olunan sübutlar uzun müddət işdən yayınma və büdcə vəsaitlərinin mənimsənilməsi faktlarını açıq şəkildə təsdiqləyir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək