Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm AZAL-dan "Airbus" təyyarələri ilə bağlı mümkün gec...
AZAL-dan "Airbus" təyyarələri ilə bağlı mümkün gecikmə ehtimalına reaksiya
Gündəm

AZAL-dan "Airbus" təyyarələri ilə bağlı mümkün gecikmə ehtimalına reaksiya

Xpress.az Redaksiyası 29.11.2025 19:18

"Azərbaycan Hava Yolları" QSC (AZAL) "Airbus" markalı sərnişin təyyarələri ilə bağlı mümkün gecikmə ehtimalına münasibət bildirib.

Aviaşirkətdən bildirilib ki, "Airbus" şirkətindən rəsmi direktivlər daxil olan kimi təyyarə parkında operativ şəkildə texniki yoxlamalar aparılıb.

Yoxlamanın nəticələrinə əsasən, korreksiya tədbirlərinin görülməsi tövsiyə olunan üç təyyarə müəyyən edilib. Tövsiyələrə uyğun olaraq həmin təyyarələrin proqram təminatı əvvəlki stabil versiyaya qaytarılıb.

Direktivləri "Airbus" A320 ailəsinə aid təyyarələrin idarəetmə sistemi ilə bağlı müəyyən nasazlıqlar aşkarlanandan sonra göndərib. İstehsalçının məlumatına görə, güclü günəş şualanması zamanı uçuşun idarə olunmasıda istifadə edilən bəzi məlumatlarda təhrif yarana bilər. Bununla əlaqədar olaraq, proqram təminatının növbədənkənar yenilənməsi başlanılıb və hava gəmisinin istismarçılarına müvafiq göstərişlər verilib.

AZAL bütün texniki məsələləri vaxtında və tam şəkildə həll edib. Hazırda aviaşirkətin bütün təyyarələri ştat rejimdə fəaliyyət göstərir.

AZAL üçün uçuşların təhlükəsizliyi hər zaman əsas prioritet olaraq qalır. Aviaşirkətin reysləri istehsalçının tələblərinə və beynəlxalq mülki aviasiya standartlarına tam uyğun şəkildə yerinə yetirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək