Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm "Airbus" təyyarələrindəki nasazlıq aradan
"Airbus" təyyarələrindəki nasazlıq aradan
Gündəm

"Airbus" təyyarələrindəki nasazlıq aradan qaldırıldı

Xpress.az Redaksiyası 30.11.2025 12:06

Dünyanın müxtəlif ölkələrində aviaşirkətlər "Airbus A320" təyyarələrində günəş radiasiyasının təsiri ilə bağlı yaranmış nasazlığı operativ şəkildə aradan qaldırmağın yolunu tapıblar.

"Bloomberg" agentliyinə istinadən xəbər verir ki, nasazlıq hündürlüyün hesablanmasına cavabdeh olan proqram təminatının bir hissəsinə təsir göstərib.

Böyük hündürlüklərdə güclü günəş radiasiyası məlumatları təhrif edə bilərdi ki, bu da çoxsaylı reyslərin gecikməsi və ləğv edilməsinə səbəb olub.

"A320" ailəsinə aid təxminən 6 000 ədəd təyyarə bu problemdən təsirlənib.

Mənbələrin qiymətləndirməsinə görə, proqram təminatının əvvəlki versiyasına qayıtmaq 2-3 saat çəkir, lakin təxminən 1 000 köhnə təyyarə avadanlığın tam modernləşdirilməsinə ehtiyac duya bilər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək