Mədəniyyət
İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025
Xpress.az Redaksiyası
02.12.2025 21:27
Dekabrın 5–11-də Bakıda “Bakı Yaradıcı Həftə – 2025” çərçivəsində İƏT Mədəniyyət Festivalı keçiriləcək. Festival çərçivəsində kino, teatr, musiqi, dizayn, rəqəmsal yaradıcılıq və startap sahələrinə həsr olunmuş sərgilər, panellər, konsertlər və digər tədbirlər təşkil olunacaq.
50-dən çox ölkədən dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, dizaynerlər və startapçılar festivalda iştirak edəcək. Tədbir həm mədəniyyətlərarası əməkdaşlığı gücləndirməyə, həm də Azərbaycanın yaradıcı sənaye imkanlarını beynəlxalq aləmdə təqdim etməyə xidmət edəcək.