Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Yevlaxda yanğında bir nəfər ölüb, 2 nəfər xəsarət...
Yevlaxda yanğında bir nəfər ölüb, 2 nəfər xəsarət alıb
Gündəm

Yevlaxda yanğında bir nəfər ölüb, 2 nəfər xəsarət alıb

Xpress.az Redaksiyası 05.12.2025 11:05

Yevlaxda yanğın hadisəsi baş verib.

Şəhər ərazisində evdə baş vermiş yanğın hadisəsi nəticəsində bir nəfər ölüb, iki nəfər yanıq xəsarətləri alıb.

Xəsarət alanlar Yevlax rayon mərkəzi xəstəxanasına (RMX) çatdırılıb.

Yevlax RMX-nın İctimaiyyətlə əlaqələr bölməsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 5-də saat 01:20 radələrində 2 nəfər (1 kişi, 1 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Yanıq xəsarətləri alan pasiyentlərə tibbi yardım göstərilib. Onlardan 1965-ci təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

1967-ci il təvəllüdlü digər şəxs isə (kişi) daha ixtisaslı tibbi yardım almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək