Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Bakı bulvarında IV Sənaye İnqilabı Mərkəzi yaradıl...
Bakı bulvarında IV Sənaye İnqilabı Mərkəzi yaradılacaq
İqtisadiyyat

Bakı bulvarında IV Sənaye İnqilabı Mərkəzi yaradılacaq

Xpress.az Redaksiyası 19.12.2025 11:23

2026-cı ildə Bakı bulvarında IV Sənaye İnqilabı Mərkəzi yaradılacaq.

Xpress.az "Report"a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov qurumun təşkil etdiyi "Sənaye 4.0: Hakaton 2025" tədbirində deyib.

"Həmin mərkəzdə həm sənayenin problemləri əks olunacaq, həm istehsal xətləri, həm müasir texnoloji şirkətlər öz həllərini, həmdə gənclər, bizneslərin, sahibkarların problemi ilə bağlı öz həllərini prototip olaraq təqdim edəcəklər",-deyə o qeyd edib.

Onun sözlərinə görə, bu yaxınlarda təsdiq edilən rəqəmsal iqtisadiyyat strategiyası bir sıra mühüm təşəbbüslərin həyata keçirilməsini ehtiva edən böyük sənəddir: "Təqribən 8 əsas layihə olmaqla, ümumilikdə 50-dən çox gələcəyə yönəlik təşəbbüslər var. Bunların içərisində startapların dəstəklənməsi, vençur fondların yaradılması, kraudfandinq platformasının formalaşması, beynəlxalq konfransların təşkili, Sənaye 4.0 mərkəzinin yaradılması var. Bundan başqa, buraya gənclərin alacağı beynəlxalq sertifikatların maliyyəsinin dövlət tərəfindən qarşılanması, xaricdə təhsil proqramının sahəvi proqramlarının hazırlanması, beynəlxalq sahəvi konfransların Azərbaycanda təşkili daxildir. Bu ekosistemin inkişaf etdirilməsi, hərtərəfli layihələrin dəstəklənməsi Azərbaycanda rəqəmsal iqtisadiyyatın da inkişafına böyük töhfə verəcək".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək