Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Maraqlı İlk kommersiya raket buraxılışı uğursuz oldu
İlk kommersiya raket buraxılışı uğursuz oldu
Maraqlı

İlk kommersiya raket buraxılışı uğursuz oldu

Xpress.az Redaksiyası 24.12.2025 19:06

Cənubi Koreyanın Hanbit-Nano adlı ilk kommersiya kosmik raketi sınaq zamanı qəzaya uğrayıb.

Raket Braziliyadakı Alkantara Kosmik Mərkəzindən buraxıldıqdan təxminən 30 saniyə sonra partlayıb.

Buraxılış canlı yayımlanıb və raketin havada alovlandığı anlar kameraya düşüb. Raketin istehsalçısı olan "Innospace" şirkəti qəzanın texniki nasazlıq səbəbindən baş verdiyini açıqlayıb. Ölən və xəsarət alan olmayıb.

Qeyd edək ki, bu sınaq uğurlu olsaydı, Cənubi Koreyada özəl şirkət tərəfindən həyata keçirilən ilk kosmik buraxılış olacaqdı.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək