Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Maraqlı Hansı qan qrupundan olan insanlar daha çox yaşayır...
Hansı qan qrupundan olan insanlar daha çox yaşayırlar?
Maraqlı

Hansı qan qrupundan olan insanlar daha çox yaşayırlar?

Xpress.az Redaksiyası 30.12.2025 23:06

Stenford Universitetinin alimləri müəyyən ediblər ki, qan qruplarından biri daşıyıcılarının daha uzun ömür sürdüyü ilə fərqlənir. Bu qan qrupunun daşıyıcılarında ürək xəstəlikləri, tromb yaranma riski, həmçinin iltihab proseslərini yaradan molekullar daha azdır.

Bu barədə araşdırma "Origo"da dərc olunub.

Söhbət birinci qan qrupundan gedir. Bu nadir qrupun daşıyıcılarının eritrositlərində rezus-sisteminin heç bir antigeni yoxdur. Ona həmçinin "qızıl qan qrupu" da deyilir.

Statistikaya görə, uzun ömür sürən insanlar arasında birinci qan qrupuna daha çox rast gəlinir. Lakin bu qrupun daşıyıcıları da bəzi risklərlə üzləşirlər: onlarda qanaxmalar və hamiləlik zamanı yüksək təzyiq daha tez-tez müşahidə olunur.

Araşdırmanın müəllifləri bildirirlər ki, hər qan qrupunun öz üstünlükləri və riskləri var, lakin birinci qan qrupuna malik insanlar statistik olaraq daha uzun yaşayırlar.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək