Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Təcili tibbi yardım xidmətinə rekord sayda müraciə...
Təcili tibbi yardım xidmətinə rekord sayda müraciət
Cəmiyyət

Təcili tibbi yardım xidmətinə rekord sayda müraciət DAXİL OLUB

Xpress.az Redaksiyası 05.01.2026 14:43

Bayramla əlaqədar tətil günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
 Respublika üzrə təcili tibbi yardım xidmətinə qeyri-iş günlərində (31.01.2025 - 04.01.2026-cı il tarixlərində) ümumilikdə, 27 779 çağırış daxil olub. Onlardan 14 449-u paytaxt Bakı, 13 330-u isə bölgələr üzrə qeydə alınıb. 

Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən ümumilikdə 2 193 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. Hospitalizasiya olunanlardan 1 077-si Bakı, 1 116-sı isə bölgələr üzrə olub. 

Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə ən çox çağırış 01.01.2025-ci il tarixində Bakı şəhəri üzrə qeydə alınıb. Qeyd olunan tarixdə müraciət sayı gün ərzində 3 101 təşkil edib ki, bu da son illərin müraciət sayı ilə müqayisədə rekord göstərici hesab olunur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək