Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Minik avtomobilləri toqquşub, yaralananlar var
Minik avtomobilləri toqquşub, yaralananlar var
Hadisə

Minik avtomobilləri toqquşub, yaralananlar var

Xpress.az Redaksiyası 06.01.2026 22:32

Xaçmazda minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza zamanı “Mercedes” və KİA markalı avtomobilləri toqquşub.

Hadisə nəticəsində KİA-nın sürücüsü və maşında olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək