Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Maduronun tutulma anında necə xəsarət aldığı
Maduronun tutulma anında necə xəsarət aldığı
Gündəm

Maduronun tutulma anında necə xəsarət aldığı BƏLLİ OLDU

Xpress.az Redaksiyası 07.01.2026 08:00

Maduro və həyat yoldaşının tutulma zamanı necə yaralandığı məlum olub.

Məlumata görə, dövlət başçısı və birinci xanım prezident kompleksinin ərazisindən qaçmağa cəhd göstərərək nəhəng polad qapının arxasında gizləniblər. Lakin onlar qapının hündürlüyünü düzgün qiymətləndirməyiblər və nəticədə başlarını çərçivəyə vurublar. Hadisə yerində olan ABŞ Delta Qüvvələrinin əsgərləri yaralılara ilkin tibbi yardım göstəriblər.

Siliya Floresin müdafiə tərəfi daha əvvəl onun tutulma zamanı qabırğa nahiyəsindən xəsarət aldığını bildirmişdi. Vəkilin sözlərinə görə, bu xəsarət ya ağır qançır, ya da Amerika qüvvələrinin güc tətbiqi zamanı aldığı sınıq nəticəsində yaranmış ola bilər.

Nyu-Yorkda keçirilən məhkəmə iclasında iştirak edən jurnalistlər Maduronun davranışına da diqqət çəkiblər. Onların müşahidələrinə əsasən, venesuelalı siyasətçi özünəinamlı təsir bağışlayıb və fəal şəkildə qeydlər aparıb. Bununla belə, oturub-durarkən nəzərəçarpacaq dərəcədə çətinlik çəkdiyi bildirilib.

Maduronun saxlanıldığı həbsxanadakı şəraitlə bağlı da məlumat yayılıb.

Qeyd edək ki, ABŞ yanvarın 3-də Venesuelaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Əməliyyat zamanı Nikolas Maduro və Siliya Flores saxlanılaraq Nyu-Yorka aparılıblar. ABŞ prezidenti Donald Tramp Venesuela lideri və onun həyat yoldaşının narkoterrorizm və ABŞ-ın təhlükəsizliyinə təhdid yaratmaqla bağlı ittihamlarla mühakimə olunacağını açıqlayıb. Məhkəmə iclasında Maduro və Flores irəli sürülən ittihamlar üzrə özlərini təqsirli bilmədiklərini bildiriblər.

Xpress.az

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək