Körpələr üçün təhlükə: Nestlé körpə qidaları QADAĞAN EDİLDİ
Rusiyada Nestlé-nin körpələr üçün nəzərdə tutulmuş qida qarışıqlarının satışı dayandırılıb. Rospotrebnadzor bildirib ki, məhsulun xammalından təhlükəli toksin olan serulid aşkarlanıb.
Tənzimləyici qurum xəbərdarlıq edib ki, serulidlə zəngin məhsulun qəbulu nəticəsində körpələrdə qusma və ya ishal kimi simptomlar müşahidə edilə bilər. Bu reaksiyalar qida qəbulundan təxminən altı saat sonra başlayır və qida zəhərlənməsi və ya inək südü zülalına allergiyaya bənzər əlamətlərlə özünü göstərə bilər.
Rospotrebnadzor valideynləri diqqətli olmağa və körpələr üçün qida seçərkən məhsulların təhlükəsizlik sertifikatlarına diqqət yetirməyə çağırıb.
Xpress.az