Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Amnistiya ilə AZADLIĞA çıxan məhkumların sayı açıq...
Amnistiya ilə AZADLIĞA çıxan məhkumların sayı açıqlandı
Cəmiyyət

Amnistiya ilə AZADLIĞA çıxan məhkumların sayı açıqlandı

Xpress.az Redaksiyası 08.01.2026 11:00

Amnistiya aktının icrası davam etdirilir.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı 22 dekabr 2025-ci il tarixindən 7 yanvar 2026-cı il tarixədək Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri üzrə (Naxçıvan MR da daxil olmaqla) 3.846 məhkum barəsində tətbiq olunub.

“Onlardan 1.799-u müəyyən müddətə azadlıqdan məhrum etmə, 1.764-ü azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. 250 nəfərin azadlıqdan məhrum etmə, 33 nəfərin isə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaları 6 ay azaldılıb.

Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 2 nəfər, qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə isə 8 nəfər cəzadan azad olunub. Amnistiya tətbiq olunmuş şəxslərdən 367-si böyük ictimai təhlükə törətməyən, 2.992-si az ağır, 487-si ağır cinayətlər törətmiş şəxslərdir.

Həmçinin amnistiya tətbiq olunmuş şəxslərdən 3625-i kişi, 210-u qadın, 11-i yetkinlik yaşına çatmayan şəxslərdir”, - məlumatda qeyd olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək