Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Mehdiyevanın vəzifəsi Misir Mərdanova həvalə edili...
Mehdiyevanın vəzifəsi Misir Mərdanova həvalə edilir
Gündəm

Mehdiyevanın vəzifəsi Misir Mərdanova həvalə edilir

Xpress.az Redaksiyası 13.01.2026 12:44

Azərbaycanın sabiq təhsil naziri Misir Mərdanovun yaxın vaxtlarda Bakı Dövlət Universitetində yeni vəzifəyə təyin olunacağı gözlənilir.

O daha əvvəl Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın rəhbərlik etdiyi və hazırda boş qalan Hesablama riyaziyyat kafedrasına rəhbərlik edəcək.

İddia olunur ki, onun təyinatının indiyədək rəsmiləşdirilməməsinin əsas səbəbi ləğv edilmiş Riyaziyyat və Mexanika İnstitutunda direktor vəzifəsi üzrə davam edən təhvil-təslim və "Ramiz Mehdiyev işi"dir. Həmin prosesin yekunlaşmasından sonra Misir Mərdanovun Bakı Dövlət Universitetində fəaliyyətə başlaması gözlənilir.

Universitetə yaxın mənbələr də məlumatı təsdiqləyirlər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək