Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Maraqlı Bu qadın yerin 70 metr altında 160 gün keçirdiyini...
Bu qadın yerin 70 metr altında 160 gün keçirdiyini sanırdı — amma həqiqət tamam başqa idi
Maraqlı

Bu qadın yerin 70 metr altında 160 gün keçirdiyini sanırdı — amma həqiqət tamam başqa idi

Xpress.az Redaksiyası 13.01.2026 22:48

2021-ci ildə ispaniyalı ekstremal idmançı Beatriz Flamini elmi təcrübə çərçivəsində yerin təxminən 70 metr dərinliyində yerləşən mağaraya təkbaşına enərək ətraf dünya ilə bütün əlaqəsini könüllü şəkildə kəsib.
48 yaşlı Flamini mağaraya telefon, saat və digər zaman göstəriciləri olmadan daxil olub. O, günəş işığını ümumiyyətlə görməyib və yeganə işıq mənbəyi kimi başındakı fənərdən istifadə edib. Səssiz, rütubətli və qaranlıq mühitdə kitab oxuyub, papaq toxuyub, yeməyini bişirərək günlərini keçirib.
Qida və su ona yuxarıdan qeyri-müntəzəm fasilələrlə göndərilsə də, bu müddət ərzində heç kimlə ünsiyyət qurmasına icazə verilməyib. Flamini tam təcrid şəraitində yaşayıb və xarici dünyada baş verənlərdən xəbərsiz olub.
Qısa müddət sonra idmançının yuxu rejimi pozulub və zaman anlayışı itib. Mağaradan çıxarıldıqdan sonra ona neçə gün yeraltında yaşadığı soruşulub. Flamini bu müddətin təxminən 160–170 gün olduğunu deyib. Lakin həqiqət tamamilə fərqli olub.
Məlum olub ki, artıq 2023-cü ildir və o, mağarada düz 500 gün keçirib.
Bu müddət ərzində Flamini ciddi çəki itirib, əzələləri zəifləyib, işığa və səsə qarşı həssaslığı artıb, bioloji saatı dəyişib və zehni ləngimə əlamətləri müşahidə olunub.
Qeyd olunur ki, bu unikal təcrübənin nəticələri hazırda alimlər tərəfindən insan psixologiyası, zaman qavrayışı və uzunmüddətli izolyasiyanın təsirlərini araşdırmaq məqsədilə elmi tədqiqatlarda istifadə edilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək