Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Bakıda ana qızını görün nəyin üstündə bıçaqladı
 Bakıda  ana qızını görün nəyin üstündə bıçaqladı
Gündəm

Bakıda ana qızını görün nəyin üstündə bıçaqladı - VİDEO

Xpress.az Redaksiyası 16.01.2026 08:50

Sabunçu rayonunda ailə münaqişəsi zəminində baş verən mübahisə qanla nəticələnib.

Hadisə rayonun Ramana qəsəbəsində, “Şuşa şəhərciyi” adlanan ərazidə qeydə alınıb.

Məlumata görə, fərdi yaşayış evlərindən birində 69 yaşlı Fəridə Vəliyeva 41 yaşlı qızı Səbirə Kazımova ilə mübahisə edib. Mübahisə zamanı ana qızına bıçaqla xəsarətlər yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Cinayəti törətməkdə şübhəli bilinən 69 yaşlı qadın polis əməkdaşları tərəfindən saxlanılıb.

Qonşuların bildirdiyinə görə, ailədə dəfələrlə mübahisə baş verib. Belə ki, Səbirə tez-tez anası evinə gələrək onunla pul üstündə dava edib. Sonuncu insident zamanı isə ana əlini bıçağa atıb.

Xəsarətlərlə xəstəxanaya yerləşdirilən Səbirə Kazımovanın vəziyyəti ilə bağlı Sabunçu Tibb Mərkəzindən bildirilib ki, pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır stabil qiymətləndirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək