Dünya
Yaponiya parlamenti buraxılır
Xpress.az Redaksiyası
19.01.2026 15:09
Yanvarın 23-də Yaponiya parlamenti buraxılacaq.
Bununla bağlı Yaponiyanın Baş naziri Sanae Takaiçi bəyanat verib.
“Mən Baş nazir olaraq öz siyasi gələcəyimi risk altına qoyuram. Mən istəyirəm ki, ictimaiyyət ölkənin idarəsini mənə tapşırıb-tapşırmayacağı ilə bağlı birbaşa qərar versin”,- Takaiçi bildirib.
Baş nazirin sözlərinə görə fevralın 8-də ölkədə ümumi seçkilər keçiriləcək.
Qeyd edək ki, Sanae Takaiçi Yaponiyanın ilk qadın Baş naziri olaraq ötən ilin oktyabr atından bəri fəaliyyətə başlayıb.