Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Kabildə güclü partlayış olub, ölənlər var
Kabildə güclü partlayış olub, ölənlər var
Dünya

Kabildə güclü partlayış olub, ölənlər var

Xpress.az Redaksiyası 19.01.2026 16:38

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.

"Report" "Al-Arabiya"ya istinadən xəbər verir ki, məlumat "Taliban" hökumətinin Daxili İşlər Nazirliyi (DİN) tərəfindən təsdiqlənib.

Partlayış Şahr-e-Nau rayonunda baş verib, ölənlərin və yaralananların dəqiq sayı, eləcə də partlayışla bağlı digər təfərrüatlar açıqlanmayıb.

"İlkin məlumatlara görə, bir neçə nəfər ölüb və yaralanıb", - DİN-in mətbuat katibi Əbdül Matin Kani bildirib və əlavə edib ki, təfərrüatlar sonra təqdim ediləcək.

Şahr-e-Nau rayonunda çox sayda xarici vətəndaş yaşayır, bu rayon Kabildə ən təhlükəsiz rayonlardan biri hesab olunur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək