Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Əfqanistanda
Əfqanistanda
Dünya

Əfqanistanda GÜCLÜ PARTLAYIŞ

Xpress.az Redaksiyası 19.01.2026 18:45

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib, ilkin məlumatlara görə bir neçə nəfər həlak olub və yaralanıb. Hadisə Şəhr-e-Naw rayonunda qeydə alınıb.

 Talibanın rəhbərlik etdiyi Daxili İşlər Nazirliyi partlayışı təsdiqləyib. Nazirliyin sözçüsü Əbdül Mətin Kani bildirib:
“İlkin məlumatlara görə, bir neçə nəfər ölüb və yaralanıb. Təfərrüatlar daha sonra açıqlanacaq”.

Qeyd edək ki, Şəhr-e-Naw rayonu Kabilin ən təhlükəsiz bölgələrindən biri hesab olunur və burada çox sayda xarici vətəndaş yaşayır. Hadisənin səbəbləri və dəqiq tələfat sayı hələlik açıqlanmamışdır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək