Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya İspaniyada üçgünlük matəm elan edildi
İspaniyada üçgünlük matəm elan edildi
Dünya

İspaniyada üçgünlük matəm elan edildi

Xpress.az Redaksiyası 19.01.2026 19:43

İspaniyanın cənubundakı Əndəlus bölgəsində iki sürət qatarının toqquşması nəticəsində 39 nəfərin həlak olmasından sonra ölkədə üçgünlük matəm elan edilib.

Qəza yerinə baş çəkən İspaniyanın Baş naziri Pedro Sançez yanvarın 19-u gecə yarısından etibarən ölkə üzrə matəm elan olunacağını bildirib.

Məlumata görə, dəhşətli qəza yanvarın 18-i axşam saatlarında Kordova əyalətinin Adamuz bələdiyyəsi yaxınlığında baş verib. Belə ki, Malaqadan Madridə gedən “Iryo” şirkətinə məxsus sürət qatarı relsdən çıxaraq qarşıdan gələn və Madriddən Huelvaya hərəkət edən “Renfe” qatarı ilə toqquşub. Toqquşmanın təsirindən hər iki qatar relsdən çıxaraq bir neçə metr hündürlükdəki yamacdan aşağı yuvarlanıb.

Qəza zamanı qatarlarda olan təxminən 500-ə yaxın sərnişindən 39-u həyatını itirib, 170-dən çoxu isə yaralanıb. Hazırda 48 nəfərin xəstəxanada müalicəsi davam edir, onlardan 15-nin vəziyyəti ağır qiymətləndirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək