Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Çindən Transxəzər yük qatarı Azərbaycana yola
Çindən Transxəzər yük qatarı Azərbaycana yola
Dünya

Çindən Transxəzər yük qatarı Azərbaycana yola DÜŞDÜ

Xpress.az Redaksiyası 19.01.2026 21:00

Yanvarın 19-da Çinin şimalındakı Tiencin şəhərindəki konteyner mərkəzi stansiyasından Bakıya gələcək ilk Çin-Mərkəzi Asiya transxəzər yük qatarı yola düşüb.

Bu barədə "Sinxua" məlumat yayıb.

Məlumata görə, paslanmayan polad borular və məişət texnikası kimi mallarla yüklənmiş bu qatar Çin Dəmir Yollarının Pekin filialı tərəfindən idarə olunur. Qatar Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Vilayətindəki Horqos sərhəd keçid məntəqəsindən keçəcək və Qazaxıstanın Aktau limanına çatacaq, oradan yüklər dəniz yolu ilə Bakıya daşınacaq.

Tiencin konteyner mərkəzinin nümayəndəsi Yanq Cunyonq bildirib ki, bu yeni marşrut Çini Azərbaycan, Qazaxıstan və digər ölkələrlə birləşdirən sabit və səmərəli yük kanalı yaradır.

Onun sözlərinə görə, qatar təxminən 7 000 kilometr məsafə qət edəcək və təxminən 20 günə Bakıya çatacaq ki, bu da ənənəvi dəniz daşımaları ilə müqayisədə təxminən 10 günə qənaət etməyə imkan verəcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək