Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm "Qəhrəmanlıq varislikdir": Bir insanın cəsarəti il...
"Qəhrəmanlıq varislikdir": Bir insanın cəsarəti ilə dəyişən talelərin hekayəsi -
Gündəm

"Qəhrəmanlıq varislikdir": Bir insanın cəsarəti ilə dəyişən talelərin hekayəsi - VİDEO

Xpress.az Redaksiyası 20.01.2026 16:21

20 Yanvar 1990-cı il hadisələrinə həsr olunmuş yeni sənədli-bədii film ərsəyə gəlib. 

Film Rusiya imperiya rəhbərliyi tərəfindən həmin dövrdə günahsız yerə həbs edilərək Rusiyanın Ulyanovsk şəhərinə aparılan və ağır işgəncələrə məruz qalan 46 nəfər azərbaycanlının taleyindən bəhs edir.

Ekran əsərində böyük risk və misilsiz qəhrəmanlıq nümayiş etdirərək bu 46 nəfərin həbsxanadan azad olunmasına nail olan Varis Məcidovun fəaliyyəti ön plana çıxarılır. Bildirilir ki, Varis Məcidov həmin dövrdə Rusiyanın Ulyanovsk vilayətində yaşayan və polis kapitanı kimi çalışan azərbaycanlı olub.

Filmdə alimlər, gəmi kapitanları, televiziya işçiləri, dəmiryolçular və azadlıq hərəkatının fəalları da daxil olmaqla, məhbusların üzləşdiyi ağır şərait, onlara verilən işgəncələr və azadlığa aparan çətin yol ətraflı şəkildə təqdim olunur.

Filmin ideya müəllifi və layihə rəhbəri Xuraman Osmanova, ssenari müəllifləri Vahid Orucov və Bariqəm Şirəliyev, rejissoru isə Nicat Cəlilovdur.

Qəhrəmanlıq Varislikdir sənədli filmi 20 yanvar 21.30 ATV- də yayımlanacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək