Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Anardan Zahid Sarıtorpağın istefasına reaksiya:
Anardan Zahid Sarıtorpağın istefasına reaksiya:
Gündəm

Anardan Zahid Sarıtorpağın istefasına reaksiya: “Gedənə "yaxşı yol" deyərlər"

Xpress.az Redaksiyası 22.01.2026 12:00

"Gedib özü bilər, xoş getdi. Gedənə "yaxşı yol" deyərlər".  Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev yazıçı-şair Zahid Sarıtorpağın qurumdan istefasına münasibət bildirərkən deyib.

 Sədr AYB üzvünün istefasının səbəbini bilmədiyini bildirib:
 "Özündən soruşun. Ərizə verirlər, baxırıq, layiq olanlar sıralarımıza qəbul olunur. Kimsə çıxmaq istəsə, deyirik xoş gəldin. Çıxmaq istəyib, lap yaxşı, özü bilər, xoş getdi".
 
Anar Rzayev AYB-dən istefalara reaksiyası belə olub: "Elə bilməsinlər ki, Yazıçılar Birliyi bununla nəsə itirir, əsla".
 
Qeyd edək ki, yazıçı-şair Zahid Sarıtorpaq Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən istefa verib. O bildirib ki, AYB üzvlüyündən istefa verməsi qurumun ondan tələb etdiyi üzvlük haqqı ilə bağlı deyil:
 
"37 ildir bu qurumun üzvü idim. Getməyim heç də üzvlük haqqı ödəməklə bağlı deyil, o cüzi məbləğdir, lazım bilsəydim, ödəyərdim. Səbəblər var, sadəcə, açıb-ağartmıram".

(Qaynarinfo.az)

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək