Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Venesuelada 600-dən çox məhbus
Venesuelada 600-dən çox məhbus
Dünya

Venesuelada 600-dən çox məhbus azadlığa buraxıldı

Xpress.az Redaksiyası 24.01.2026 22:49

Venesuelada 600-dən çox məhbus azadlığa buraxılıb.

Bu barədə ölkənin müvəqqəti prezidenti Delsi Rodriges bildirib.

Rodriges dekabr ayından bəri 626 məhbusun azad edildiyini, bu rəqəmin təsdiqlənməsi üçün BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına müraciət edəcəyini deyib.

Məlumata görə, bu rəqəm bütün siyasi məhbusların azad edilməsini tələb edən insan haqları təşkilatlarının verdiyi saylardan xeyli yüksəkdir.

Qeyd edək ki, yanvarın 3-də ABŞ-ın Karakas əməliyyatından sonra hökumət həbsxanalarda saxlanılan yüzlərlə Maduro əleyhdarlarını azad edəcəyinə söz vermişdi.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək