Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Tramp Rusiyaya dəvət
Tramp Rusiyaya dəvət
Dünya

Tramp Rusiyaya dəvət ALDI

Xpress.az Redaksiyası 25.01.2026 22:02

ABŞ Prezidenti Donald Trampın Ankoricdə Rusiyaya səfər etməsi üçün dəvət aldığı bildirilib.

Bu barədə TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin müavini Sergey Ryabkov açıqlama verib.

“Əlbəttə, Ankoricdə Prezident Trampa Rusiya Federasiyasına səfər etmək üçün dəvət edilib”, – deyə diplomat, Rusiya Prezidenti Vladimir Putinin görüşdən sonra növbəti görüşün Moskvada keçirilməsini təklif etməsi ilə bağlı fikirləri şərh edərkən bildirib.

Ryabkov əlavə edib ki, həmin ideya o vaxtdan bəri praktiki inkişaf mərhələsinə keçməyib.

“Rusiya və ABŞ prezidentlərinin təmasları üçün digər platformalar məsələsində də mövqeyimiz qətidir: əvvəlcə məzmun tərəfi, sonra isə görüşün keçiriləcəyi yer barədə razılaşma”, – deyə XİN başçısının müavini vurğulayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək