Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Maraqlı Atasını itirdikdən sonra onq mesajlar yazdı –
Atasını itirdikdən sonra onq mesajlar yazdı –
Maraqlı

Atasını itirdikdən sonra onq mesajlar yazdı – Qızına gələn cavab hər kəsi kövrəltdi

Xpress.az Redaksiyası 26.01.2026 11:55

ABŞ-ın Arkanzas ştatında yaşayan Chastity Patterson atasını itirəndə cəmi 19 yaşında idi. Gənc yaşında yaşadığı bu ağır itki ilə barışmaqda çətinlik çəkən Chastity, atasının yoxluğuna alışmaq əvəzinə, həsrətini azaltmaq üçün qeyri-adi bir yol seçdi.
O, atasının vəfatından sonra düz dörd il boyunca hər gün onun telefon nömrəsinə mesajlar göndərdi. Gününün necə keçdiyini yazdı, yaşadığı sevinc və çətinlikləri onunla bölüşdü. Sanki atası hələ də həyatındaymış kimi ona danışmağa davam etdi.
Atasının ölümünün dördüncü ildönümü ərəfəsində isə Chastity yenə adət etdiyi kimi mesaj yazdı:
“Sabah mənim üçün çox çətin bir gün olacaq.”
Lakin bu dəfə baş verənlər gənc qızın heç vaxt gözləmədiyi bir həqiqəti üzə çıxardı.
Newport şəhərində yaşayan, artıq 23 yaşına çatan Chastity, atasının ölümündən sonra ilk dəfə həmin nömrədən cavab aldı.
Mesajı yazan şəxs atasının özü deyildi.
Atasının köhnə telefon nömrəsini istifadə etməyə başlayan Brad adlı bir kişi Chastity-yə duyğulandıran sözlərlə cavab verdi:
“Salam, canım. Mən sənin atan deyiləm, amma demək olar ki, son dörd ildir sənin mesajlarını alıram. Səhərlər ‘sabahın xeyir’ mesajlarını səbirsizliklə gözləyir, axşamlar isə gün ərzində başına gələnləri maraqla oxuyuram.
Mənim adım Braddir. Qızımı 2014-cü ilin avqust ayında avtomobil qəzasında itirdim. O gündən bəri sənin mesajların məni ayaqda saxlayır. Mən bunları Tanrıdan gələn bir işarə kimi qəbul edirəm.
Uzun müddət sənə cavab vermək istədim, amma qəlbini qırmaqdan qorxdum. Bu illər ərzində səni dinlədim, böyüməyinə və dəyişməyinə şahid oldum. Sən çox xüsusi bir qızsan. Ümid edirəm ki, qızım sağ olsaydı, sənin kimi biri olardı.
Hər gün mənə yazdığın və Tanrının varlığını xatırlatdığın üçün təşəkkür edirəm. Hər şey yoluna düşəcək. Çətin günlər yaşadığın üçün üzgünəm. Səninlə fəxr edirəm.”
Bu mesaj qısa zamanda sosial şəbəkələrdə yayılaraq minlərlə insanı duyğulandırdı. İki fərqli ailənin yaşadığı itki, təsadüf nəticəsində yaranan bu görünməz bağ vasitəsilə bir-birinə toxundu.
Bəzən bir mesaj, bir yad səs belə insanı həyata bağlamağa yetir…

Xpress.az

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək