Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya ABŞ Kanadanı
ABŞ Kanadanı
Dünya

ABŞ Kanadanı ŞANTAJ edir

Xpress.az Redaksiyası 26.01.2026 23:05

Kanadanın F-35 qırıcılarını almaqdan imtina etməsi ABŞ-ni Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı (NORAD) haqqında razılaşmalara düzəliş etməyə məcbur edə bilər.

ABŞ-nin Kanadadakı səfiri Pit Hukstra CBC telekanalına müsahibəsinə deyib.

"Əgər onlar F-35 qədər operativ uyğunluğa malik olmayan aşağı keyfiyyətli təyyarə almaq qərarına gəlsələr, bu bizim hərbi potensialımıza təsir göstərəcək. Nəticədə, bunu necə kompensasiya edəcəyimizi düşünməli olacağıq", - deyə diplomat bildirib.

Qeyd edək ki, Kanada beşinci nəsil F-35 qırıcılarının alınması proqramına yenidən baxmaq və İsveçin hərbi-sənaye konsernindən JAS 39 Gripen E qırıcılarını almaq imkanını nəzərdən keçirir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək