Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Dövlət Dumasından sərt siqnal:
Dövlət Dumasından sərt siqnal:
Dünya

Dövlət Dumasından sərt siqnal: “Vikipediya” Rusiyada məhdudlaşdırıla bilər

Xpress.az Redaksiyası 27.01.2026 08:19

Rusiyada “Vikipediya” onlayn ensiklopediyasının bir sıra məqalələrinin yaxın bir-iki il ərzində qismən bloklana biləcəyi ehtimal olunur.

Xpress.az  Gazeta.ru      -ya istinadən xəbər verir ki,

bu barədə Rusiya Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsi sədrinin müavini Andrey Svintsov məlumat verib.
Deputatın sözlərinə görə, “Vikipediya”da tarixi faktların təhrif edilməsi və Rusiya ilə bağlı mövzuların qeyri-obyektiv təqdim olunması fonunda, bu resursa qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsi gündəmə gələ bilər.
Svintsov bildirib ki, Rusiyada “Vikipediya” artıq etibarlı informasiya mənbəyi kimi qəbul edilmir və Rusiya platformalarının populyarlığı artdıqca, qəsdən yanlış məlumat yayan resursların verifikasiyası məsələsi aktuallaşır.
Onun sözlərinə görə, mümkün məhdudiyyətlər əsasən Rusiya tarixinə dair bəzi səhifələri əhatə edə bilər. Deputat vurğulayıb ki, tarixi ədalətin qorunması baxımından Roskomnadzorun atacağı addımlar məqsədəuyğun hesab olunur.
Qeyd edək ki, bir gün əvvəl iri PR şirkəti Portland Communications-in müştərilərin sifarişi ilə “Vikipediya” məqalələrini gizli şəkildə redaktə etməsi ilə bağlı məlumat yayılıb. İddialara görə, redaktələr üçüncü şəxslər vasitəsilə aparılıb və ensiklopediyanın qaydalarına zidd olan “qara redaktə” xarakteri daşıyıb.
Xatırladaq ki, daha əvvəl “Vikipediya”nın qurucusu verilən sualı əsassız hesab edərək cəmi 48 saniyə sonra müsahibəni yarımçıq tərk etmişdi.

Afaq

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək