Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Əməkdar artist "uşaqlıq travmaları"ndan danışdı:
Əməkdar artist "uşaqlıq travmaları"ndan danışdı:
Ana səhifə

Əməkdar artist "uşaqlıq travmaları"ndan danışdı: "Heç vaxt düşünməmişəm ki, valideynimi bağışlamalıyam" - FOTO

Xpress.az Redaksiyası 02.02.2026 11:49

"Mən heç vaxt düşünməmişəm ki, valideynimi bağışlamalıyam".

Xpress.az xəbər verir ki, bu sözləri "Qafqazinfo"ya müsahibəsi zamanı Əməkdar artist Dilarə Əliyeva deyib.

O bildirib ki, "uşaqlıq travmaları" ifadəsinə çox ehtiyatla yanaşır: "Hətta bəzən elə həmin sözün özü də travmaya çevrilir. Biz belə düşünməməliyik. Hər dövrün öz şərtləri, öz imkanları olub. O vaxt şərait nəyə icazə verirdisə, insanlar da o cür böyüyüb, o cür tərbiyə olunub. Qonaq gələndə uşağın qonaq otağından keçməməsi, böyükdən qalan paltarın kiçiyə geyindirilməsi, oyuncağın paylaşılması, bunlar hamısı o dövrün düşüncə tərzi idi. İndi dayanıb demək olmaz ki, valideynlərimiz bizi sevməyiblər. Əksinə, onlar da seviblər, sadəcə sevgilərini bildikləri şəkildə göstəriblər. Onların qorxuları olub, yıxılarsan, nəsə olar, başına bir iş gələr. Bəzən bu qorxular sərt davranışlarla ifadə olunub. Amma bu da sevgidən doğub. İnsan sevmədiyi adama görə bu qədər narahat olmaz".

Dilarə Əliyeva qeyd edib ki, o, valideynlərini və böyüdüyü mühiti sevir: "Bəli, bəzi şeylər daha fərqli ola bilərdi, amma olub. Biz 21-ci əsrdə yaşayırıq, amma 20-ci əsrin övladlarıyıq və o dövrün sovet psixologiyası hamımızın düşüncəsində olub. Ona görə də mən psixologiyaya bu cür yanaşmanı doğru hesab etmirəm. Mütləq şəkildə "gəl uşaqlıq travmanı açaq, valideynini bağışla, yoxsa xoşbəxt olmayacaqsan..." Mən heç vaxt düşünməmişəm ki, valideynimi bağışlamalıyam. Bu yanaşmanın adını belə qoymayaq.

Şərait belə gətirib, həyat belə formalaşıb. Sən o ailədə böyümüsən, indi isə öz həyatına davam edirsən. Valideynini travma mənbəyi kimi yox, səni dünyaya gətirən, böyüdən insanlar kimi qəbul etməlisən. Əlbəttə, hansısa qadağalar sənin xoşuna gəlməyibsə, bu, artıq sənin övladınla münasibətində fərqli davranmağına səbəb ola bilər. Mən, məsələn, Vüsalın qızları ilə münasibətini çox bəyənirəm. Onlarla ünsiyyəti, yanaşması xoşuma gəlir. Qızlar nə istəsə gəlib rahat ona deyirlər. Eyni zamanda, xoşlarına gəlməyən şeyləri də deyirlər. Vüsal da onları çox gözəl anlayır".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Azərbaycanda sahibkarların ən çox olduğu iqtisadi rayonlar - SİYAHI

03.11.2026 10:11 İqtisadiyyat

Qadınların xoşbəxt yaşaması üçün imtina etməli olduğu

03.11.2026 09:59 Cəmiyyət

2027-ci ildə üç bürcü xoşbəxtlik gözləyir:

03.11.2026 09:25 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək