Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Bakının ən bahalı şadlıq saraylarından biri borca...
Bakının ən bahalı şadlıq saraylarından biri borca düşüb
Gündəm

Bakının ən bahalı şadlıq saraylarından biri borca düşüb

Xpress.az Redaksiyası 05.02.2026 13:55

Bakıda ən bahalı şadlıq saraylarından biri olan “Böyük Saray” MMC dövlət qarşısında borca düşüb.
Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.

Məlumata görə, “Böyük Saray”ın Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 26 645.92 manat borcu yaranıb.

Qeyd edək ki, “Böyük Saray” MMC-nin hüquqi ünvanı paytaxtın Nizami rayonu, Mikayıl Əliyev küçəsi 16, məhəllə 2408-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Malik Nüsrət oğludur.

Məlumat üçün bildirək ki, “Böyük Saray” paytaxtın ən bahalı şadlıq saraylarından biridir. Burada menyu qiymətləri 250 manatdan başlayır. Bu şadlıq sarayı bir neçə il əvvəl Bakı Lift İdarəsinin sabiq baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürova üçün etdiyi 400 min manatlıq toy mərasimi ilə yadda qalıb. 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək