Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Güllələnən müəllimin vəziyyəti açıqlandı -
Güllələnən müəllimin vəziyyəti açıqlandı -
Gündəm

Güllələnən müəllimin vəziyyəti açıqlandı - 29 yaşı var

Xpress.az Redaksiyası 06.02.2026 11:21

“İdrak” liseyində şagird tərəfindən güllələnən müəllimin vəziyyəti açıqlanıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, bu gün saat 09:10 radələrində Mərkəzə Binəqədi rayonu “İdrak” liseyindən çağırış qeydə alınıb.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub: “Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb.

Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək