Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov...
Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov
Gündəm

Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir?

Xpress.az Redaksiyası 10.02.2026 16:04

Prezidentin bu gün imzaladığı Sərəncamla Rəşad Sahil oğlu İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib.

R.İsmayılov 2024-cü ilin avqustundan nazirlikdə nazirin birinci müavini vəzifəsini tuturdu. O həmin təyinata qədər Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Aparat rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, Rəşad İsmayılov 1979-cu ildə anadan olub. Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib.

2000-2006-cı illərdə özəl şirkətlərdə hüquqşünas, 2006-cı ildə Auditorlar Palatası Gəncə şəhər Auditor təşkilatında hüquqşünas-mütəxəssis vəzifəsində çalışıb.

Daha sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində və Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsində müxtəlif vəzifələri tutub.

2016-2018-ci illərdə Mənzil İnşaatı Dövlət Agentliyinin Hüquq və nəzarət şöbəsinin müdir müavini, şöbə müdiri, 2018-2019-cu illərdə Şəhərsalma və Arxitektura Komitəsi Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri, 2019-2024-cü illərdə həmin komitədə Aparat rəhbəri vəzifələrində işləyib.

Xatırladaq ki, ekologiya və təbii sərvətlər naziri postu ötən ilin fevralın 5-dən boş idi.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək