Dəyişkən hava şəraitində necə geyinmək lazımdır?
Yüksək kateqoriyalı terapevt Yelena Veliçko Krasnodar telekanalına verdiyi müsahibədə dəyişkən hava şəraitində geyimi təbəqələr üzrə seçməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, hər bir geyim təbəqəsinin öz funksiyası var və bu yanaşma sağlamlığı qorumağa kömək edir.
“Qış aylarında, xüsusən də temperatur bir neçə gün ərzində müsbət və mənfi göstəricilər arasında dəyişdikdə, ‘kələm prinsipi’nə — yəni lay-lay geyinməyə əməl etmək lazımdır”, — deyə mütəxəssis qeyd edib.
Veliçkonun sözlərinə görə, əsas təbəqə nəmi dəridən uzaqlaşdırmalıdır. Pambıq kimi təbii parçalar bu məqsəd üçün daha az uyğundur, çünki uzun müddət nəm saxlayaraq bədənin soyumasına səbəb ola bilər. Bunun əvəzinə dərini quru saxlayan və soyuqdan qoruyan sintetik termal alt geyimlərə üstünlük verilməlidir.
Həkim bildirib ki, orta təbəqə — məsələn, köynək və ya sviter — istiliyi saxlamaq üçün təbii materiallardan hazırlana bilər. Xarici təbəqə isə küləkdən və yağıntıdan qoruma funksiyasını yerinə yetirməlidir.
Xpress.az