Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Sağlamlıq Saxta kosmetik məhsulu necə tanımaq olar? –
Saxta kosmetik məhsulu necə tanımaq olar? –
Sağlamlıq

Saxta kosmetik məhsulu necə tanımaq olar? – Nazirlikdən vacib xəbərdarlıq

Xpress.az Redaksiyası 22.09.2026 10:28

“İstehlakçılar kosmetik məhsul alarkən həm sağlamlıqlarını qorumaq, həm də saxta məhsullardan yayınmaq üçün bir sıra vacib məqamlara diqqət yetirməlidirlər”.

Bu fikirləri “Sağlam radio” nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin Sanitariya-Gigiyena nəzarəti və ekspertiza şöbəsinin həkim-gigiyenisti Orxan İsmayılov açıqlayıb.

Onun sözlərinə görə, ilk növbədə məhsulun qablaşdırılması, etiket məlumatları və üzərində göstərilən məlumatların tamlığı yoxlanılmalıdır: “Məhsulun istehsal ölkəsi, istehsalçı şirkət, istehsal və son istifadə tarixi, istifadə qaydaları və saxlanma şəraiti barədə məlumatların olması olduqca vacibdir. Bundan əlavə, məhsulun qablaşdırılmasında hansısa zədələnmə, silinmiş və ya dəyişdirilmiş etiketlər müşahidə olunarsa, bu kimi hallara diqqətlə yanaşmaq lazımdır. İstehlakçıda məhsulun mənşəyi və ya təhlükəsizliyi ilə bağlı hansısa şübhə yaranarsa, satıcıdan həmin məhsula verilmiş gigiyenik sertifikatın surətini təqdim etməsini tələb edə bilər. Bu, istehlakçının daha məlumatlı seçim etməsinə və təhlükəsiz məhsuldan istifadə etməsinə kömək edir”.

O. İsmayılov qeyd edib ki, kosmetik məhsulların yalnız etibarlı satış məntəqələrindən, rəsmi mağazalardan və ya səlahiyyətli satış nümayəndələrindən alınması tövsiyə edilir:

“Qeyd etmək lazımdır ki, gigiyenik sertifikat məhsulun sanitar-gigiyenik norma və tələblərə uyğunluğunu təsdiq edən rəsmi sənəd olsa da, istehlakçının məhsulu alarkən onun qablaşdırılmasına, saxlanma şəraitinə və son istifadə tarixinə diqqət yetirməsi də sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kimi məqamlara diqqət yetirilməsi istehlakçının keyfiyyətli, təhlükəsiz və etibarlı kosmetik məhsul seçməsinə kömək edir”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

SİMA İmza ilə vergi hesabatlarını 6 ay pulsuz təqdim et!

22.09.2026 10:42 Texnologiya

Like gəlməyəndə niyə əhvalımız dəyişir? –

22.09.2026 10:00 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək