Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Qərbi Azərbaycan mövzusunda
Qərbi Azərbaycan mövzusunda
Cəmiyyət

Qərbi Azərbaycan mövzusunda SƏNƏDLİ FİLM ÇƏKİLƏCƏK - FOTO

Xpress.az Redaksiyası 11.02.2026 09:11

Ötən gün Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının iclası keçirilib.

Xpress.az xəbər verir ki, iclasda Ziyalılar Şurasının üzvləri iştirak ediblər.

İclasın gündəliyinə Qərbi Azərbaycan İcmasının fəaliyyəti barədə ümumi məlumatın təqdim olunması, Ziyalılar Şurasının iş və fəaliyyət planının müzakirəsi, eləcə də Qərbi Azərbaycan mövzusunda sənədli film layihəsi haqqında məlumat daxil edilib.

Gündəlik təsdiq edildikdən sonra iclas öz işinə başlayıb.

Gündəliyin birinci məsələsi üzrə Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov çıxış edərək İcmanın son bir il ərzində həyata keçirdiyi fəaliyyət, görülmüş işlər və əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib.

İkinci məsələ üzrə Ziyalılar Şurasının sədr müavini, professor Fərrux Rüstəmov Şuranın iş və fəaliyyət planı ətrafında müzakirələr apararaq qarşıda duran əsas vəzifələr, prioritet istiqamətlər və Ziyalılar Şurasının institusional rolunun gücləndirilməsi ilə bağlı təkliflər səsləndirib.

Müzakirələr zamanı Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri, tarix elmləri namizədi, dosent Bəxtiyar Nəbiyev Şuranın fəaliyyətinin tarixi-siyasi əsaslar üzərində qurulmasının və mövcud çağırışlara uyğunlaşdırılmasının vacibliyini qeyd edib.

Şair-publisist, filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist Avtandil Ağbaba Ziyalılar Şurasının iş planında mədəni irsin, ədəbi və folklor nümunələrinin sistemli şəkildə təbliğinin xüsusi yer tutmalı olduğunu vurğulayıb.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Həsənova fəaliyyət planında Qərbi Azərbaycan bölgəsinə məxsus dil xüsusiyyətlərinin, dialekt və şivələrin elmi əsaslarla araşdırılmasının önəmini diqqətə çatdırıb.

Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Azad Qurbanov arxiv materiallarının, yazılı mənbələrin və informasiya resurslarının toplanması və sistemləşdirilməsi istiqamətində fəaliyyətin gücləndirilməsini təklif edib.

Sənədli film layihəsi ilə bağlı müzakirələr zamanı filologiya üzrə fəlsəfə doktoru Şəfəq Məmmədova filmdə elmi dəqiqliyin, terminoloji ardıcıllığın və məzmunun akademik əsaslara söykənməsinin vacibliyini vurğulayıb.

Ssenarist, rejissor Füzuli Sabiroğlu Qərbi Azərbaycan mövzusunda hazırlanması nəzərdə tutulan sənədli film layihəsi barədə ətraflı məlumat verərək layihənin ideya xətti, konsepsiyası və ictimai əhəmiyyəti haqqında danışıb.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev sənədli filmdə sosial-tədqiqat yanaşmalarının və faktoloji materialların əks olunmasının ictimai təsir baxımından əhəmiyyətini qeyd edib.

Fizika-riyaziyyat elmləri namizədi, dosent Natiq Quliyev isə sənədli filmin hazırlanmasında texniki keyfiyyətin, vizual həllərin və müasir texnoloji imkanlardan istifadənin vacibliyinə toxunub.

Müzakirələrin yekununda qərara alınıb ki, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının il ərzində fəaliyyəti qənaətbəxş hesab edilsin, təqdim olunmuş iş və fəaliyyət planları icraya tövsiyə edilsin, həmçinin sənədli film layihəsi ilə bağlı irəli sürülmüş təkliflərin hazırlanaraq müvafiq qaydada baxılması məqsədəuyğun sayılsın.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

SİMA İmza ilə vergi hesabatlarını 6 ay pulsuz təqdim et!

22.09.2026 10:42 Texnologiya

Saxta kosmetik məhsulu necə tanımaq olar? –

22.09.2026 10:28 Sağlamlıq

Like gəlməyəndə niyə əhvalımız dəyişir? –

22.09.2026 10:00 Cəmiyyət

Qaradağda iki yük maşını toqquşdu

22.09.2026 08:59 Cəmiyyət

Vergi ödəyicilərinə şad xəbər

22.09.2026 08:32 Cəmiyyət

Yatmazdan əvvəl telefon:

21.09.2026 22:31 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək