Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bu məlumatları yayarkən iki dəfə düşünün –
Bu məlumatları yayarkən iki dəfə düşünün –
Cəmiyyət

Bu məlumatları yayarkən iki dəfə düşünün – Məsuliyyəti ağırdır

Xpress.az Redaksiyası 11.02.2026 11:48

Rəqəmsal dövrdə şəxsi məlumatların əlçatan olması günümüzün ən böyük narahatlığından biridir. Bu gün bir çox hallarda vətəndaşların xəbəri olmadan şəxsi məlumatlar yayılır, paylaşılır və istifadə olunur. Belə hallarda vətəndaş haqlı olaraq öz hüquqlarını müdafiə etməli və qarşı tərəf məsuliyyətini anlamalıdır.

Qeyd edək ki, li Ali Məhkəmə "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" yeni Plenum qərarı qəbul edib və bir sıra yeniliklər edilib.

Açıqlamada deyilir ki, əvvəllər bir şəxs digərinə qarşı yalan məlumatlar yaydığı halda şərəf və ləyaqətin müdafiəsi institutundan istifadə etməklə tələblər irəli sürülürdü, məlumatın həqiqi olduğu ortaya çıxdıqda isə iddialar təmin olunmurdu. İndi isə bu hal konstitusion səviyyədə qorunan şəxsi toxunulmazlıq hüququna müdaxilədir.

Bu hüququ pozulan hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola, həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini, belə məlumatların çıxarılmasını (ləğv edilməsi), ona dəymiş mənəvi zərərin ödənilməsini və s. tələb edə bilər.

Bəs media nümayəndəsi hər hansı bir məsələni araşdırarkən qarşı tərəfi ictimaiyyətə nə dərəcədə təqdim edə bilər ki qanun pozuntusuna yol verməsin?

Qanunvericiliyə görə, jurnalist qarşı tərəfin razılığı olmadan onun şəxsi məlumatlarını yaydıqda məsuliyyət daşıya bilər. Bu yanaşma bir tərəfdən vətəndaşların şəxsi həyatının toxunulmazlığını qorumağa xidmət etsə də, digər tərəfdən tərəddüd yaradır. Xüsusilə məlumat xarakterli dosyelər, açıq sosial şəbəkə mənbələri və Vikipediya kimi platformalar şəxsi məlumatları yaydığı halda,  media təmsilçisi tanıtma məlumatlarını niyə verə bilməsin?..

Qanuna görə heç kim, jurnalist də daxil olmaqla məlumatı şəxsdən icazəsiz paylaşa bilməz. Əgər paylaşarsa, bu, qanun pozuntusudur və mülki, inzibati və cinayət məsuliyyəti yarada bilər. Şəxsi məlumatların qanunsuz toplanması, yayılması və ya istifadəsi – 500 manatdan 1 000 manatadək cərimə ilə nəticələnə bilər. Şəxsin şərəf və ləyaqətini alçaldan məlumatların yayılması və ya böhtan xarakterli məlumatların tirajlanması, daha böyük cərimə və azadlıqdan məhrumetməyə qədər arta bilər.

Qeyd edək ki, şəxsi məlumatlara fərdin evi, nəqliyyat vasitəsi, ofisi, şəxsi əşyaları, ev heyvanları və bitkiləri haqqında məlumat daxildir. Bundan başqa, sağlamlıq vəziyyəti, fiziki çatışmazlığı, nikahdan kənar uşağının olması, intim və ya nikahdankənar münasibətləri barədə həqiqi məlumatların (yazışmaların, foto, video) şəxsin razılığı olmadan yayılması, hətta özünə pis niyyətlə bildirilməsi onun şəxsi həyat toxunulmazlığına hüquqazidd müdaxilə hesab olunacaq.

Xüsusilə şəxsi məlumatların icazəsiz televiziya və ya radio proqramlarında, sosial şəbəkələrdə və s. kütləvi üsullarla bildirilməsi daha böyük həcmdə mənəvi zərərin vurulması ilə nəticələnə bilər.

Həmçinin şəxsin təsvirinə və səsinə oxşar incəsənət məhsulunun (rəsm əsəri, montaj və ya süni intellekt vasitəsilə düzəldilmiş foto-videolar, karikaturalar, cizgi filmləri və s.) onun razılığı olmadan hazırlanması və yayılması, habelə şəxsin təsvirindən başqa biri tərəfindən icazəsiz istifadə olunması (məsələn, saxta sosial şəbəkə hesabları yaradılmaqla) şəxsi toxunulmazlıq hüququna hüquqazidd müdaxilə təşkil edir. Satirik və ya yumoristik janrda kütləvi nümayiş olunan əsərlər, mətnlər, veriliş və tamaşalarda hər hansı tanınmış şəxsin obrazının yaradılması yolu ilə edilən nümayişlərdə tənqid hədəfinin ictimai maraq doğurması baxımından yol veriləndir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

SİMA İmza ilə vergi hesabatlarını 6 ay pulsuz təqdim et!

22.09.2026 10:42 Texnologiya

Saxta kosmetik məhsulu necə tanımaq olar? –

22.09.2026 10:28 Sağlamlıq

Like gəlməyəndə niyə əhvalımız dəyişir? –

22.09.2026 10:00 Cəmiyyət

Qaradağda iki yük maşını toqquşdu

22.09.2026 08:59 Cəmiyyət

Vergi ödəyicilərinə şad xəbər

22.09.2026 08:32 Cəmiyyət

Yatmazdan əvvəl telefon:

21.09.2026 22:31 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək