Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Böyük Azərbaycan naminə – Bağır Seyidzadə” kitabı
“Böyük Azərbaycan naminə – Bağır Seyidzadə” kitabı
Cəmiyyət

“Böyük Azərbaycan naminə – Bağır Seyidzadə” kitabı ÇAP EDİLDİ

Xpress.az Redaksiyası 11.02.2026 11:58

İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun “Böyük Azərbaycan naminə – Bağır Seyidzadə” adlı kitabı türk dilində oxucuların ixtiyarına verilib.

Xpress.az xəbər verir ki, kitabda Azərbaycanın tanınmış ictimai-siyasi xadimi və diplomatı Bağır Seyidzadənin keçdiyi şərəfli həyat və fəaliyyət yolundan bəhs edilir.

Bağır Mirqasım oğlu Seyidzadə ötən əsrin 40-cı illərində Cənubi Azərbaycanda diplomatik fəaliyyət göstərib, xalqımızın milli birliyi naminə mühüm və taleyüklü işlər görüb. Əsərdə onun əvvəlcə Makuda, sonra isə Təbrizdə diplomat kimi fəaliyyəti dövründə apardığı işlər şəxsi qeydlərinə və məxfiliyi aradan qaldırılmış arxiv sənədlərinə istinadən araşdırılır, Cənubi Azərbaycanda baş verən bir sıra qaranlıq məqamlara işıq tutulur.

Kitabda, həmçinin Azərbaycan rəhbəri olmuş M.C. Bağırovun və respublikada tanınmış simalardan sayılan Mirhəsən Seyidovun üzləşdiyi çətinliklərdən, Moskva tərəfindən müxtəlif təzyiq və hücumlara məruz qaldıqlarından bəhs edilir, həmin dövrün mürəkkəb ictimai-siyasi mühitinə geniş və spektral baxış təqdim olunur.

“Böyük Azərbaycan naminə – Bağır Seyidzadə” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

SİMA İmza ilə vergi hesabatlarını 6 ay pulsuz təqdim et!

22.09.2026 10:42 Texnologiya

Saxta kosmetik məhsulu necə tanımaq olar? –

22.09.2026 10:28 Sağlamlıq

Like gəlməyəndə niyə əhvalımız dəyişir? –

22.09.2026 10:00 Cəmiyyət

Qaradağda iki yük maşını toqquşdu

22.09.2026 08:59 Cəmiyyət

Vergi ödəyicilərinə şad xəbər

22.09.2026 08:32 Cəmiyyət

Yatmazdan əvvəl telefon:

21.09.2026 22:31 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək